25 noyabr 2011 01:29
Simurqun oyunçusu ən kobudların hit-paradına düşdü
“Simurq”un yarımmüdafiəçisi Vasili Yanatovski Rusiya çempionatlarının bütün zamanlarının ən sərt oyunçularının hit-paradına düşüb. Azerisport.az xəbər verir ki, bu, Sports.ru saytının apardığı araşdırmalar nəticəsində məlum olub. Hazırda Azərbaycan çempionatında top qovan təcrübəli futbolçu sözügedən sıralamada onuncudu.
“Tom”un uzunmüddətli kapitanı daha çox top almaq üçün aqressiv cəhdləri və meydandan nadir hallarda sarı vərəqə ilə çıxmasıyla yada düşür. O, adətən meydandan birbaşa qırmızı vərəqə almaqla qovulanlardandı. Karyerası ərzində Yanatovski 100-dən çox xəbərdarlıq alıb. O, öz xarakterini meydandan kənarda da göstərib. Hansı ki, “Tom”un qapısına iki qol vuran Valeri Nepomnyaşi ilə böyük münaqişəyə girmişdi. Daha sonra isə o, Premyer Liqanın ikinci diviziona dəyişdi. Yanatovski həm də hakimi topla vurduğuna görə altı aylıq diskvalifikasiya olunmasıyla yaddaşlarda qalıb”.
