25 noyabr 2011 01:45
İnter qarlı havada çalışdı (FOTOREPORTAJ)
Srağagündən etibarən AZAL-la oyunun hazırlıqlarına başlayan "İnter" ötən gün bir araya gələrək axşam məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, şaxtalı havaya baxmayaraq komanda hazırlıqlarını davam etdirib. Qeyd edək ki, Premyer Liqanın 14-cü turu çərçivəsində keçiriləcək "İnter" - AZAL oyunu noyabrın 26-da saat 18.00-da "Şəfa" stadionunda baş tutacaq.
