25 noyabr 2011 15:38
Mircavadov: Bilmirəm nümayəndə heyətimiz niyə belə təqvimə razılaşıb
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov millimizin DÇ-2014-ün seçmə mərhələsindəki oyunlarının təqviminə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, F qrupunun təqvimini belə şərh edib:
“Bu təqvim bizim üçün çox çətin olacaq. İsrail yaxşı komandadı. Seçmə mərhələyə bu komandayla, özü də ev oyunuyla başlasaq da, işimiz qətiyyən asan olmayacaq. Ardından Portuqaliyaya səfər var. Dörd günlük fasilə ilə iki belə güclü komanda ilə oynamalıyıq. Bizim nümayəndə heyətinin niyə belə təqvimə razılaşdığını bilmirəm. 2012-ci ilin sonuna kimi hələ Rusiya və Şimali İrlandiyaya da çətin səfərlərimiz olacaq. İrlandlarla yağış altında oynamalı olacağıq. Amma 2012-ci ildə heç olmasa iki ev, iki səfər oyunu salmaq olardı. Ardıcıl məğlubiyyətlər komandanı ruhdan sala bilər. Amma ümid edirəm ki, Berti Foqts nə etdiyini bilir. Görünür, ona belə lazımdı”.