25 noyabr 2011 16:48
Vladislav Qədirov qazondan şikayətləndi
“Rəvan”ın baş məşqçisi Vladislav Qədirov Premyer Liqanın 14-cü turunun “Sumqayıt Şəhər”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:0 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Belə meydançada oynamaq çox çətin idi. Biz ötürmələrlə oynamağa alışmışıq. Bu qazonda istədiyimiz oyunu sərgiləmək mümkünsüz idi. Buna görə də öz oyunumuzu göstərə bilmədik. Amma əsas nəticəydi ki, buna da nail olduq, 3 xala sahib çıxdıq. “Sumqayıt Şəhər” kifayət qədər yaxşı komandadı. Mən bu komandaya gələcək oyunlarda uğurlar arzulayıram”.
