25 noyabr 2011 16:54
Bernard Raab: Hakimlər bu oyunu çox pis idarə etdilər
“Sumqayıt Şəhər”in Bernard Raab Premyer Liqanın 14-cü turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:1 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Meydanın bu vəziyyətdə olacağını gözləmirdim. Buna baxmayaraq, bir neçə qol vəziyyəti yarada bildik. Sadəcə, bunları qola çevirə bilmədik. Hakimlərin işini bəyənmədim. Onlar bu oyunu çox pis idarə etdilər. Qol vurmağa çox çalışsaq da, təəssüf ki, bu, bizə müyəssər olmadı”.
