25 noyabr 2011 16:50
Dik Advokat: Azərbaycan millisində inkişaf var
DÇ-2014-ün seçmə mərhələsinin F qrupunun təqviminin müzakirəsindən sonra Rusiya millisinin baş məşqçisi Dik Advokatın AFFA-nın rəsmi saytına fikirlərini açıqlayıb. Azerisport.az həmin açıqlamanı diqqətinizə çatdırır:
“Kompromisin o qədər də asan əldə olunduğunu deyə bilmərəm. İstər biz, istərsə də digər komandaların nümayəndələri miüəyyən məqamlarda güzəştə getdi və bunun nəticəsində təqvim tərtib olundu. Qrumuzdakı oyunların asan keçəcəyini düşünmürəm.
Azərbaycan millisinin Türkiyə yığması ilə ev və səfər qarşılaşmalarını xatırladaraq deyə bilərəm ki, komandada inkişaf var.
Rusiya yığmasında əsas işimizi 2014-cü ildə keçiriləcək dünya çempionatına qədər güclü komanda yaratmaq istiqamətində qurmuşuq”.
