25 noyabr 2011 17:08
Əsgər Abdullayev: Bu, sevindirici haldı
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 14-cü turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:1 hesablı heç-heçəyə nail olduğu görüşdən sonra bunları dilə gətirib:
“Komanda uzun müddət idi ki, məşqçisiz qalmışdı. Qısa zamanda məşqlərə başladıq. Oyun gərgin keçdi, gənc futbolçulardan ibarət yeni komanda qurulur. Bir neçə futbolçumuz da zədəli idi. Buna baxmayaraq, futbolçularımın sona qədər mübarizə aparması sevindirici haldır. Son dəqiqələrdə istəyimizə çatdıq və hesabı bərabərləşdirdik”.
