25 noyabr 2011 17:14
Elxan Məmmədov: Buna nail olduq
DÇ-2014-ün seçmə mərhələsinin F qrupunun təqviminin müzakirəsindən sonra AFFA-nın baş katibi Elxan Məmmədov fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Müzakirələr maraqlı oldu. Təxminən 2 saatdan bir qədər artıq müddətdə təqvimlə bağlı razılığa gələ bildik. Sevindirici haldır ki, baş məşqçi Berti Foqtsla birgə əvvəlcədən planlaşdırdığımıza uyğun gələn bir təqvimin müəyyənləşdirilməsinə nail olduq. Təbii ki, bəzi federasiyalar arasında prinsipial məqamlar vardı. Bununla belə, razılıq əldə olundu.

Düşünürəm ki, qrupumuzun favoritləri ilə digər komandalar arasında məsafə baxımından ciddi fərq yoxdur. Yəni bütün komandalar arasında gərgin mübarizə gedəcəyi şübhəsizdir. Əminliklə bildirirəm ki, Azərbaycan milli komandası bütün oyunlarda var gücü ilə mübarizə aparacaq”.