25 noyabr 2011 17:18
Mirbağır İsayev Kəpəzdəki debüt matçını şərh etdi
“Kəpəz”in baş məşqçisi Mirbağır İsayev Premyer Liqanın 14-cü turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:1 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Kəpəz” hücumameyilli oyun nümayiş etdirirdi. İkinci hissədə müdafiə xəttində boşluqlar buraxdıq. Müdafiəçilərin diqqətsizliyi nəticəsində qapımızdan qol buraxdıq. Qarşıdan gələn oyunlarda daha yaxşı oynamağa çalışacağıq”.
