25 noyabr 2011 17:44
“Hamı təqvimdən razı qaldı”
DÇ-2014-ün seçmə mərhələsinin F qrupunun təqviminin müzakirəsindən sonra Şimali İrlandiya Futbol Federasiyasının prezidenti Cim Şon fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, təqvimi belə şərh edib:
“Məncə, komandaların hamısı təqvimdən razı qaldı. Bütün tərəflər prinsipial məsələlərdə istədiklərinə nail oldular. Qrupdakı oyunlara gəlincə, təbii ki, Portuqaliya və Rusiya yığmaları daha güclüdürlər. Digər komandaların mübarizəsində kiminsə aşkar üstünlüyünün olduğunu düşünmürəm. Azərbaycan millisi haqqında geniş məlumatım olmasa da, baş məşqçinin Berti Foqts olması yaxşı təşkilatlanmış bir komanda barədə təsəvvür yaradır. Portuqaliya və Rusiya millisi Avro-2012-nin seçmə mərhələsində mübarizə aparacaq. Hesab edirəm ki, belə komandalara qarşı oynamaq bizim xeyrimizə olacaq”.