25 noyabr 2011 18:18
Foqts: İstədiklərim təqvimdə öz əksini tapdı
DÇ-2014-ün seçmə mərhələsinin F qrupunun təqviminin müzakirəsindən sonra Azərbaycan millisinin baş məşqçisi Berti Foqts da açıqlama verib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis təqvimlə bağlı bunları dilə gətirib:
“Hesab edirəm ki, yaxşı təqvim tərtib olundu. İstədiklərimiz təqvimdə öz əksini tapdı. İlk oyunumuzu evdə İsrail yığmasına qarşı keçirəcəyik. Çətin oyun olacaq. Amma düşünürəm ki, müsbət nəticə əldə edə bilərik. Növbəti seçmə mərhələdə Azərbaycan millisinin baş məşqçisi mən olmasam belə, bu təqvim hər hansı digər məşqçi üçün də rahat olacaq.

İsrail yığması çox güclü komandadır. Təbii ki, Portuqaliya və Rusiya milliləri qurupun favoritləridir. Belə komandaların, Ronaldo, Nani və digər tanınmış futbolçuların Azərbaycana gəlişi azarkeşlər üçün sevindirici məqamlardan biri olacaq”.