25 noyabr 2011 18:46
Mirça Rednik: Bunun səbəbini bilmirəm
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın 14-cü turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:2 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“2:0 hesabi ilə irəlidə idik. Ancaq bu üstünlüyü saxlamağı bacarmamağımızın səbəbini bilmirəm. Nədənsə, komanda arxayınlaşdı. Standart vəziyyətlərdən iki qol buraxdıq”.
