25 noyabr 2011 18:50
“Xəzər Lənkəran ilə oyunda meydanda ancaq Simurq var idi”
“Simurq”un baş məşqçisi Sergey Yuran Premyer Liqanın 14-cü turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:2 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Xəzər Lənkəran”ın oyununa kölgə salmaq istəmirəm, lakin bu gün meydanda ancaq “Simurq” var idi. Hesabda iki top fərqi ilə geridə olsaq da, nəticədə heç-heçə etdik. “Xəzər Lənkəran” kimi komandaya qarşı buna nail olmaq hər klubun işi deyil. Biz bu gün qalib gəlməliydik. Səhvlərimizi araşdırıb növbəti oyunlara qədər çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.
