26 noyabr 2011 00:05
Premyer Liqamızda autsayder əzmkarlığı və ya zirvə əldən gedir
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 14-cü turun oyunlarına start verildi. Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma baş tutdu.
“Qərb derbisi”ndə “Kəpəz” autsayder “Turan”ı qəbul edirdi. 8 tur qələbə qazana bilməyən “Kəpəz” əzəli rəqibi “Turan”ı məğlub etməklə “uğursuz zolaq”dan çıxmağı hədəfləmişdi. Bu iki komandanı çempionatın ən etibarsız müdafiə xəttinə malik kollektiv də hesab etmək olardı. Görüş öncəsi “Kəpəz”in aktivində 16, passivində 22 qol, “Turan”ın isə aktivində 8, passivində 20 qol vardı.
Bu görüş meydan sahibləri üçün bir qədər mühüm əhəmiyyət kəsb edirdi. Əvvəla birinci dövrənin 2-ci turunda bu komandalar arasında Tovuzda keçirilmiş oyunda “Turan” 3:1 hesabı ilə qalib gəlmişdi. Bu üzdən də Gəncə təmsilçisi doğma meydanda keçirilən görüşdə həmin yenilginin əvəzini çıxmağı düşünürdü. Digər tərəfdən həftə içi baş məşqçi Mehman Allahverdiyevin istefasından sonra onun yerinə gətirilən Mirbağır İsayev “Kəpəz”in çalışdırıcısı kimi debüt edirdi. Yetirmələri onun rəhbərliyi altında çıxdıqları ilk matçda qələbə qazanmağı hədəfləmişdilər.
Amma maraqlıdı ki, Gəncə klubu bu dəfə də qələbəyə həsrət qaldı. Halbuki, qarşılaşmada erkən qola imza atan meydan sahiblərinin yarımcan, maliyyə problemləri içində itib-batan, hətta ötən tur səfərdə “Bakı”ya əvəzedici heyətin oyunçuları ilə 5 cavabsız qol buraxaraq məğlub olan “Turan”ı yenəcəyinə bəlkə ən nikbin tovuzlu azarkeşlər də şübhə etmirdilər. Amma qarşılaşmada böyük üstünlüyə malik olmasına baxmayaraq, ikinci qolu vura bilməyən İsayevin komandası həmin qolu 90-cı dəqiqədə öz qapısında gördü. Beləcə, ilk dövrədə Tovuz təmsilçisinə məğlub olan “Kəpəz” bu dəfə də rəqibini məğlub edə bilmədi və tərəflər meydandan sülhlə ayrıldılar. İsayevin startda 3 xal istəyi alınmasa da, Əsgər Abdullayev bu rəqibdən 4 xal almasına sevinə bilər.
Ötən tur “Sumqayıt Şəhər” üzərində qələbə qazanaraq turnir cədvəlinin səkkizinci pilləsinə yüksələn “Simurq” doğma azarkeşləri önündə “Xəzər Lənkəran”ı qəbul edirdi. Bu komandalar arasında birinci dövrənin 9-cu turunda Lənkəranda keçirilmiş oyun hər iki komandanın əzmkar mübarizəsi şəraitində keçsə də, cənub təmsilçisi minimal hesabla qələbə qazanan tərəf olmuşdu. “Simurq” həmin oyunun revanşını almaq üçün qalib gəlməyi hədəfləmişdi.
Ötən tur doğma azarkeşləri önündə “Rəvan” ilə heç-heçə edən “Xəzər Lənkəran” isə liderliyini təhlükə altına atmışdı. Belə ki, “Neftçi” səfərdə “Qəbələ” üzərində qələbə qazana bilsəydi, zirvənin sahibi ola bilərdi. Lakin hər şey lənkəranlılar üçün yaxşı başa çatdı. “Neftçi” məğlub oldu və “Xəzər Lənkəran” zirvədə qaldı. Cənub təmsilçisi uğursuz seriyaya məhz Zaqatalada son qoymaq istəyirdi.
Amma qəribədi ki, bu oyunda da hər şey gözlənilməz məcrada davam etdi. Mirça Rednikin komandası ilk yarıda iki qol vurmağa nail oldu. Halbuki, Zaqatala təmsilçisi qətiyyən müdafiə olunmurdu və ilk dəqiqələrdən hücuma atılmışdı. Qonaqlar da onları məhz əks-hücumlarda yaxalamaqla və standart vəziyyətdən dəqiq yararlanmaqla cəzalandırdılar. Məhz bu iki qoldan sonra “ağ-yaşıllar”ın xal itirməsi inandırıcı görünmürdü. Buna baxmayaraq, Sergey Yuranın yetirmələri özlərində güc tapa və matçda dönüş yarada bildilər.
Hər şey “İnter”in sabiq forvardı Robertas Poşkusun möhtəşəm cərimə zərbəsiylə başladı. Məhz onun vurduğu qoldan sonra “Simurq” tam komanda ilə irəli atıldı. Belədə, komandasının ilk qolunun müəllifi olan Katalin Doman epizodların birində lazımsız yerə ikinci sarı vərəqə alaraq meydandan qovuldu və oyundaşlarının işini daha da çətinləşdirdi. Bundan daha da ruhlanan meydan sahibləri tezliklə daha bir qol vurmaqla “Xəzər Lənkəran”ı qələbədən məhrum etdilər. Amma insaf naminə qonaqların hətta bu bir xala görə də sevinmələri lazımdı. Ən azı ona görə ki, Zaqatala təmsilçisinin matçın sonlarında daha bir neçə real qol şansı var idi ki, lider üzərində əzmkar qələbəyə sevinsinlər.
Beləcə, “Xəzər Lənkəran” yenə xal itirməklə liderliyini əldən vermək təhlükəsiylə üz-üzə qaldı. Hər halda bu komandanın əsas izləyiciləri – “İnter”lə “Neftçi” turu qələbəylə başa vurmağı bacarsa, cənub təmsilçisinin mövsümün əvvəlindən bəri zəbt etdiyi zirvə əldən çıxmış olacaq.
“Rəvan” isə bu tur autsayder “Sumqayıt Şəhər”in qonağı idi. Çempionatın debütantları nümayiş etdirdikləri oyun ilə bir-birindən kəskin fərqlənirdilər. Turnir cədvəlinin son pilləsində qərarlaşan “Sumqayıt Şəhər”ə nisbətdə “Rəvan”ın vəziyyətini daha yaxşı hesab etmək olardı. Baxmayaraq ki, bu komandalar arasında birinci dövrənin 6-cı turunda paytaxtda keçirilmiş oyunda qolsuz heç-heçə qeydə alınmışdı. Sumqayıt təmsilçisi doğma azarkeşləri önündə qələbə qazanmaqla turnir cədvəlində irəliləmək şansına malik idi.
Amma onlar bu dəfə də məğlubiyyətdən qaça bilmədilər. “Rəvan”ın vurduğu erkən qol matçda yeganə oldu. Nəticədə, paytaxt klubu artıq müvəqqəti də olsa, ilk altılığa yüksəlmiş oldu. Bernard Raabın yetirmələri isə zirzəmidən çıxmaq həsrətini yenə sonraya saxlamalı oldu.
Premyer Liqa
14-cü tur
25 noyabr
Sumqayıt Şəhər - Rəvan - 0:1 (0:1)
Qol: Şeriff Suma, 18.
Vərəqələr: Emin Mustafayev, 42 (simulyasiya), Andrey Popoviç, 45 (hakimə etiraz), Abdulla Abatsiyev, 82 (sürüşmə fəndindən düzgün istifadə etmədyinə görə) - Tural Axundov, 51 (kobud oyuna görə), Hüseyn İsgəndərov, 58 (kobud oyuna görə), Şarapudin Şalbuzov, 90 (simulyasiya) – sarı.
Hakimlər: Vüsal Əliyev, Aleksandr Musatkin, İsgəndər Əliyev, Anar Göyçayski.
AFFA nümayəndələri: Ramiz Abdullayev .
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
25 noyabr 2011. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 150 tamaşaçı.
Sumqayıt Şəhər: 55. Andrey Popoviç, 16. Hacı Əhmədov, 20. Timur İsrafilov, 22. Ruslan Tağızadə, 52. Bədavi Hüseynov, 19. Orxan Əliyev (15. Aleksandr Qross, 70), 8. Emin Mustafayev (k) (17. Aqil Məmmədov, 80), 47. Abdulla Abatsiyev, 9. Orxan Həsənov, 77. Samir Yusifov (91. Ruslan Qurbanov, 63), 11. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 5. Ramil Nuriyev, 7. Mahmud Qurbanov, 4. Samir Abasov.
Baş məşqçi: Bernhard Raab.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 5. Natiq Kərimi (6. Taqım Novruzov, 65), 7. Reys Klaudiney (30. Şarapudin Şalbuzov, 89), 8. Tural Axundov (15. Tural Cəlilov, 57), 11. Şeriff Suma, 4. Ekrem Hodziç, 17. Ramazan Abbasov, 18. Samuel Barlay, 20. Kristian Torres, 24. Hüseyn İsgəndərov.
Ehtiyat oyunçular: 61. İvan Vasilyev, 25. Səbuhi Həsənov, 90. Sergey Çernışev, 13. Fərid Həşimzadə.
Baş məşqçi: Vladislav Qədirov.
Kəpəz - Turan - 1:1 (1:0)
Qol: Junivan Suares, 25 (1:0), Seymur Tağıyev, 90 (1:1).
Vərəqələr: Azər Məmmədov, 64 (perspektivli hücumun qarşısını aldığına görə) - Namiq Əliyev, 76 (rəqibə badalaq) – sarı.
Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, İlham Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndələri: Əliyar Xanəliyev
Hakim-inspektor: Fazil Mürşüdov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
25 noyabr 2011. Gəncə şəhər stadionu. 2000 tamaşaçı.
Kəpəz: 22. Konstantin Kolesnikov, 4. Azər Məmmədov (k), 5. Muammer Erdoğdu, 8. Armand Feutçin, 7. Asif Qədiri (15. Şahin Kərimov, 70), 11. Sabir Allahquliyev, 14. Dmitri Parxaçov (6. Vasif Əliyev, 79), 18. Nikolay Svejentsev, 27. Pərvin Paşayev, 30. Yuri Fomenko (23. Junivan Suares, 10), 34. Cavad Mirzəyev.
Ehtiyat oyunçular: 1. Tural Abbaszadə, 17. Renat Sultanov, 19. Zaur Əsədov, 33. Təbriz Hüseynli.
Baş məşqçi: Mirbağır İsayev.
Turan: 12. Natiq Səhrətov, 7. Ramal Hüseynov (k), 11. Georgi Beriaşvili, 14. Aleksandr Qoqoberişvili, 15. Namiq Əliyev, 18. Hafiz Əliyev (8. Akif Tağıyev, 76), 21. Rəşad Orucov, 22. Məhərrəm Müslümzadə, 24. Sergey Artyux (17. Rəşad Piriyev, 67), 27. Zura Dzamsaşvili, 29. Rudison Ferreyra (4. Seymur Tağıyev, 46).
Ehtiyat oyunçular: 85. Mehman Hacıyev, 16. Orxan İsmayılov, 28. Tuqay Alhüseynli.
Baş məşqçi: Əsgər Abdullayev.
Simurq - Xəzər Lənkəran - 2:2 (0:2)
Qollar: K.Doman, 22 (0:1), A.Semedo, 42 (0:2), R.Poşkus, 66 (1:2), R.Ramaldanov, 83 (2:2)
Vərəqələr: Vidas Alunderis, 51 (rəqibi əl ilə tutub saxladığına görə), Rasim Ramaldanov, 79 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə) - Rahid Əmirquliyev, 32 (bilərəkdən topa əl ilə oynadığına görə), Eder Bonfim, 36 (rəqibi əl ilə tutub saxladığına görə), Katalin Doman, 39 (rəqibi əl ilə tutub saxladığına görə), 80 (rəqibi əl ilə tutub saxladığına görə) – sarı, Katalin Doman, 80 (rəqibi əl ilə tutub saxladığına görə) – qırmızı.
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Zeynal Zeynalov, Teymur Fərhadov.
AFFA nümayəndələri: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
25 noyabr 2011. Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu. 1000 tamaşaçı.
Simurq: 32. Adnan Hodziç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 79. Vidas Alunderis, 13. Aleksandr Şemonayev, 4. Vasili Yanotovski, 28. Yevgeni Şmakov, 14. Andrey Rubin (9. Əli Bağırov, 68), 10. Tofiq Mikayılov (21. Kristap Qrebis, 61), 77. Daniel Genov, 11. Robertas Poşkus (23. Ruhid Usubov, 82).
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 6. Mikayıl Rəhimov, 8. Qərib İbrahimov, 17. Rüstəm Məmmədov.
Baş məşqçi: Sergey Yuran.
Xəzər Lənkəran: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 7. Katalin Doman, 8. Eder Bonfim, 9. Branimir Subaşiç (27. Habil Nurəhmədov, 83), 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev (k), 15. Emeka Opara, 22. Antonio Semedo, 23. Şəhriyar Xəlilov, 32. Mario Rosas (10. Elnur Abdullayev, 65 / 17. Zahid Quliyev, 89).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Elvin Beqiri, 18. Alim Qurbanov, 20. Eldar İsmayılov.
Baş məşqçi: Mirça Rednik.
Turun qalan görüşləri bu gün keçiriləcək: Bakı - Qəbələ, Qarabağ – Neftçi, İnter - AZAL.
|
1
|
Xəzər Lənkəran
|
14
|
8
|
4
|
2
|
20-15
|
28
|
|
2
|
İnter
|
13
|
7
|
4
|
2
|
11-7
|
25
|
|
3
|
Neftçi
|
13
|
8
|
1
|
4
|
21-10
|
25
|
|
4
|
Bakı
|
13
|
6
|
4
|
3
|
20-11
|
22
|
|
5
|
Qarabağ
|
13
|
6
|
3
|
4
|
16-12
|
21
|
|
6
|
Rəvan
|
14
|
4
|
6
|
4
|
17-17
|
18
|
|
7
|
Qəbələ
|
13
|
5
|
3
|
5
|
13-16
|
18
|
|
8
|
AZAL
|
13
|
4
|
4
|
5
|
17-16
|
16
|
|
9
|
Simurq
|
14
|
4
|
4
|
6
|
13-15
|
16
|
|
10
|
Kəpəz
|
14
|
3
|
4
|
7
|
17-23
|
13
|
|
11
|
Turan
|
14
|
3
|
2
|
9
|
9-21
|
11
|
|
12
|
Sumqayıt Şəhər
|
14
|
2
|
3
|
9
|
7-18
|
9
|
Bombardirlər:
6 - Bahodir Nasimov (Neftçi)
5 - Sergey Artyux (Turan), Uinston Parks (Bakı)
