25 noyabr 2011 11:19
14-cü tur: Ramiz Məmmədovun proqnozu
“Qəbələ”nin sabiq baş məşqçisi Ramiz Məmmədov azerisport.az saytı üçün Premyer Liqanı 14-cü turunun oyunlarına proqnozlarını açıqlayıb.
Kəpəz – Turan
“Turan” hazırda pis durumdadı. Komanda dörd oyunçusu ilə yollarını ayırıb. Fikrimcə, belə olan halda onlar üçün çox çətin olacaq. Özü də söhbət Gənəcədəki oyundan gedirsə. Mənim favoritim “Kəpəz”di. Gəncəlilərin qələbəsini düşünürəm. Həm də ona görə ki, bu oyuna Mirbağır İsayevin yeni postdakı ilk matçı olacaq. Meydan sahibləri belə oyunda qələbə qazanmalıdılar.
Sumqayıt Şəhər – Rəvan
Samir Abasovun yoxluğu “Sumqayıt Şəhər” üçün ciddi itkidi. Onun yoxluğu komandası üçün mənfi haldı. Kapitanın olmaması meydan sahiblərinin işini çox çətinləşdirəcək. Mənim proqnozum heç-heçədi. Qolun az olacağını da deyə bilərəm.
Simurq – Xəzər Lənkəran
Sergey Yuran yaxşı komanda yaradıb. “Simurq” hazırda çox baxımlı oyun sərgiləyir. Zaqatalalılar evdə öz dişini göstərməyi bacarırlar. Amma hər şeyə rəğmən, “Xəzər Lənkəran”ın qələbə qazanacağını düşünürəm. Onların səhv etməyə sadəcə haqları yoxdu.
Bakı – Qəbələ
Bu oyunda heç-heçə qeydə alınacaq. “Bakı” son turda “Turan”ı 5:0 yensə də, bu heç də onların çox yaxşı durumda olduqlarını demir. “Qəbələ” “Neftçi” üzərindəki qələbədən sonra yəqin ki, daha da ruhlanıb. Fatih Kavlak nə edəcəyini yaxşı bilir
Qarabağ – Neftçi
“Qarabağ” ölkənin ən yaxşı komandalarından biridi. Onlar çox yaxşı baxımlı futbol sərgiləyirlər. Tezliklə özlərinə gəlmələri vacibdi. Quzanlıda “Qarabağ”ı ancaq qələbə qane edəcək. “Neftçi”yə isə mətbuat tərəfindən təzyiq var. Mənim proqnozum “Qarabağ”ın qələbəsidi.
İnter – AZAL
“İnter”in evdə oynamasının heç bir önəm daşımaması aydın məsələdi. Onların elə də çox azarkeşi yoxdu. AZAL-a gəlincə, Elxan Abdullayevin gedişindən sonra komanda dəyişib. Bunun nə ilə əlaqədar olduğunu bilmirəm. Hesab edirəm ki, “təyyarəçilər” qələbə qazanacaq.
