26 noyabr 2011 00:07
Millimizin üzvü oynadı, Volqa darmadağın oldu
Azərbaycan U-19 yığmasının üzvü Şamil Qurbanov Rusiyanın “Volqa” klubunun əvəzedicilərinin heyətində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, o, “Krılya Sovetov”la səfər oyununun iştirakçısı olub.
Baş məşqçi Maqomed Adiyev millimizin müdafiəçisinə bu dəfə də ilk dəqiqələrdən şans verib. Həmişəki kimi, Qurbanov bu matçı da əvəzedilmədən keçirib.
Qarşılaşmaya gəlincə, Nijni Novqorod təmsilçisi yenə ağır yenilgiylə üzləşib. Əsas komandadan fərqli çox inamlı çıxışı ilə diqqət çəkən və turnir cədvəlinin üst pillələrində qərarlaşan “Volqa”nın əvəzediciləri bu dəfə düz 4 cavabsız qola üzülüblər.
Qeyd edək ki, “Volqa”nın əsas heyətində Azərbaycanın əsas millisindən 1 illiyə uzaqlaşdırılan Vaqif Cavadov da forma geyir.
