25 noyabr 2011 11:33
Bu gün yığmamızın oyunlarını təqvimi bəlli olacaq
Bu gün Lüksemburqda DÇ-2014-ün seçmə mərhələsinin F qrupunda keçiriləcək oyunların təqvimi müzakirə olunacaq. Azerisport.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan millisinin baş məşqçisi Berti Foqts iştirak edəcəklər.
Xatırladaq ki, DÇ-2014-ün F qrupunda Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya, Azərbaycan və Lüksemburq milli komandaları mübarizə aparacaq.
