25 noyabr 2011 12:42
Elçin Məmmədov Rubin - Şemrok Rovers oyununda
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin müdiri Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb. Azerispot.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, qitə futbol qurumu Avropa Liqasının A qrupunda, noyabrın 30-da, Rusiyanın Kazan şəhərində keçiriləcək “Rubin” (Rusiya) – “Şemrok Rovers” (İrlandiya) oyununa UEFA tərəfindən tədbirin direktoru (UEFA Venue Director) kimi təyinat alıb.
