26 noyabr 2011 01:47
Böyükağa Hacıyev: Qarabağla oyun baxımlı və maraqlı olacaq
“Neftçi”nin hücumçusu Böyükağa Hacıyev Premyer Liqanın 14-cü turunun “Qarabağ”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizim qarşıdakı rəqibimiz ölkənin ən yaxşı komandalarından biri sayılır. Son oyunlarında onlar artırıblar. Odu ki, bizi çətin oyun gözləyir. Özü də qarşılaşma Quzanlıda, yerli azarkeşlərin gözü qarşısında keçiriləcək. Amma “Neftçi” hər rəqiblə oyuna hazırdı. Oyunların nəticəsini öncədən proqnozlaşdırmağı sevmirəm. Yeganə şeyi bilirəm ki, sona kimi oynayacağıq. Son turda “Qəbələ” ilə oyunda “Neftçi” xal itirdi. Odu ki, bu dəfə eyni şeyin təkrarlanmamasına çalışmalıyıq. İlk dövrədəki oyunda biz “Qarabağ”ı 3:2 hesabıyla məğlub etmişdik. Amma məhz həmin oyunda “Qarabağ” əbəs yerə çempionatın əsas favoritlərindən biri olmadığını isbatlamışdı. Bu dəfəki oyunla da bağlı bunu deyə bilərəm: baxımlı və maraqlı matç olacaq”.