26 noyabr 2011 14:03
Foqts Latviya klubun hücumçusunu yığmamıza dəvət etdi
Xəbər verdiyimiz kimi, dekabrın 5-dən 8-dək Bakı şəhərində Azərbaycan milli komandasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, toplanış öncəsi yığmamızın düşərgəsinə daha bir futbolçu dəvət olunub.
Bu, Latviyanın “Metallurg” (Liepaya) klubunun hücumçusu Vüqar Əsgərovdu. Hansı ki, o da ilk dəfədi yığmamızın düşərgəsinə çağırılıb.
Qeyd edək ki, Foqts bundan öncə 24 oyunçuya dəvət göndərmişdi.
