26 noyabr 2011 16:49
Böyükağa Hacıyev: Azərbaycanda Neftçiyə layiqli rəqib Qarabağdı
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 14-cü turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:1 hesabıyla qələbə qazandığı oyundan sonra bunları dilə gətirib:
“Çox maraqlı oyun oldu. Azərbaycanda “Neftçi”yə layiqli rəqib “Qarabağ” klubudu. Bu gün bəxt amili bizim tərəfimizdə oldu. Qapıçımızın oyunundan razı qaldım. Qurban Qurbanova uğurlar arzulayıram”.
