26 noyabr 2011 16:56
Qurban Qurbanov: Fərqli iki hissə izlədik
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 14-cü turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:2 hesabıyla məğlub olduğu oyundan sonra bunları dilə gətirib:
“Neftçi” komandasını təbrik edirəm. Maraqlı oyun keçdi, fərqli iki hissə izlədik. İlk hissədə komandam zəif təsir bağışlasa da, oyunlarından razı qaldım. İkinci hissənin əvvəli oyunda temp aşağı idi. Ancaq vaxt keçdikcə oyunçularım oyunun tempini tutdular. Doğma azarkeşlərimizin qarşısında məğlub olmaq istəməzdim. Arxa xəttə Rəşadla, Aqollinin olmaması bizə çətinlik yaratdı”.
