26 noyabr 2011 17:07
Fatih Kavlak: Bakı ilə Neftçiyə qarşı oynadığımızdan zəif çıxış etdik
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 14-cü turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:2 hesabıyla məğlub olduğu oyundan sonra bunları dilə gətirib:
“Bu gün “Neftçi”yə qarşı oynadığımızdan pis oynadıq. Hücuma keçməklə bağlı problemlərlə üzləşirdik. Mahir Şükürovun yoxluğu? Əlbəttə, Mahir “Qəbələ” üçün böyük itkidi. Amma biz “Neftçi”ni onsuz yenmişdik”.
