26 noyabr 2011 17:15
Aleksandr Starkov: Bu, bizim üçün çox mühüm qələbə idi
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 14-cü turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:1 hesabıyla qələbə qazandığı oyundan sonra bunları dilə gətirib:
“Bu, bizim üçün çox mühüm qələbə idi. Hamımız rəqibin gücündən və matçın əhəmiyyətindən xəbərdar idik. Düzdü, qarşılaşmanın ikinci hissəsində “Qəbələ” yaxşı oynadı. Bizə 3-4 qol vura bilərdilər. Amma bunu bacarmadılar. Xoşbəxtlikdən 3 xal qazana bildik”.
