26 noyabr 2011 20:21
Rafiq Mirzəyev: Biz İnterdən sürpriz gözləyirdik
AZAL-ın baş məşqçi əvəzi Rafiq Mirzəyev Premyer Liqanın 14-cü turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:2 hesabıyla məğlub olduğu oyundan sonra bunları dilə gətirib:
“Oyuna görə uşaqlara təşəkkürümü bildirirəm. Matçın ikinci hissəsində biz “İnter”dən sürpriz gözləyirdik. Onlar daha çox hücum etməyə başlamışdılar. Biz isə əks-hücumlarda şansımızı yoxlamağa çalışırdıq. Təəssüf ki, qələbə qazana bilmədik. Stadionun projektorları ilə bağlı çatışmazlığa gəlincə, biz bu barədə qarşılaşmanın baş hakiminə məlumat versək də, o, buna diqqət yetirmədi”.
