27 noyabr 2011 00:02
Premyer Liqamızda ikihakimiyyətlilik
Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir tura yekun vuruldu. Azerisport.az xəbər verir ki, 14-cü turun son oyun günündə də üç qarşılaşma baş tutdu.
Qeyd edək ki, turun ən maraqlı qarşılaşmaları məhz bu gün keçirilirdi. Hər halda turnir cədvəlinin yuxarı pillələrində münasibətlərə aydınlıq gətirilməsi baxımından “Bakı” - “Qəbələ”, “Qarabağ” – “Neftçi” və “İnter” – AZAL qarşılaşmaları çox önəmliydi. Elə ilk oyun günündə “Xəzər Lənkəran”ın xal itkisindən sonra “Neftçi” və “İnter”in zirvəni ələ keçirmək şansı qazanmasını qeyd etmək bəs edər.
Ötən tur doğma azarkeşləri önündə “Neftçi”ni minimal hesabla məğlub etməklə düşdüyü “uğursuzluq zolağı”ndan çıxan “Qəbələ” “Bakı”nın qonağı idi. Hər iki komanda qələbə qazanmaqla yanaşı, ən azı məğlub olmamağı hədəfləmişdi. Çünki, məğlubiyyət tərəflər üçün liderlər qrupundan bir qədər də uzaqlaşmaqla nəticələnə bilərdi. Xatırladaq ki, 1-ci turda Qəbələdə keçirilən qarşılaşmada qolsuz heç-heçə qeydə alınmışdı.
Lakin bu oyunda meydan sahibləri erkən qolla ilk dövrədəki qolsuz heç-heçənin təkrarlanmayacağını dəqiqləşdirdilər. Görüşdəki ilk qolun ötürməsini verən Uinston Parks az sonra özü də qonaqların qapısına yol tapmaqla matça damğasını vurmuş oldu. Düzdü, fasilədən sonra Fatih Kavlakın komandası daha üstün futbol sərgilədi. Hətta sərgilənən oyuna görə qonaqların ən azı 1 xala layiq olduğunu da demək olardı. Amma ələ düşən çoxsaylı qol epizodlarını boşa verən Qəbələ təmsilçisi yalnız sonda penaltidən vurulan təsəlli qoluna sevinə bildi. Beləcə, “zolaqlılar” növbəti qələbə ilə zirvəyə bir qədər də yaxınlaşmış oldu. “Qəbələ”nin isə ilk altılığa düşmək həsrəti davam edir.
Ötən tur səfərdə “Qəbələ”yə məğlub olan “Neftçi” zirvəyə yüksəlmək şansını qaçırmaqla yanaşı, turnir cədvəlinin üçüncü pilləsinə geriləmişdi. Böyükağa Hacıyevin komandası “Qarabağ”la qarşılaşmada da xal itirsə, liderdən bir qədər də uzaqlaşacaqdı. Elə Ağdam klubu da bu oyuna son uğursuzluqları unutdurmaq üçün şans gözüylə baxırdı. Axı Qurban Qurbanovun komandası artıq neçənci tur idi qələbə qazana bilmirdi.
Yeri gəlmişkən, bu görüş həm də “Qarabağ” üçün revanş xarakteri daşıyırdı. Çünki bu komandalar arasında 1-ci turun oyunları çərçivəsində keçirilən oyunda paytaxt təmsilçisi 3:2 hesabı ilə qalib gəlmişdi. Özü də həmin qarşılaşma çox dramatik alınmışdı. Belə ki, ağdamlılar ilk yarıda iki qol vursalar da, sonradan 3 top buraxmaqla məğlub olmuşdular. Təsadüfi deyil ki, ağdamlılar məhz həmin yenilgidən sonra heç cür özlərinə gələ bilmirdilər.
“Qarabağ”ın uğursuz oyunlar seriyası bu görüşdə də davam etdi. Belə ki, erkən qola üzülən Qurbanovun komandası cavab qolunu çox gec vura bildi. Bundan sonra qələbə topunu vurmağa da çalışan meydan sahibləri gözlənilməz şok yaşadılar. Son çempionun liderinə çevrilən Flavinyo yenə çox gözlənilməz və effektli zərbə ilə Ağdam klubunun qapısına yol tapdı. Beləcə, “Neftçi” çox çətin rəqibi üzərində yenə qələbə qazanmaqla, lider “Xəzər Lənkəran”ı qabaqlamağa və zirvəyə çıxmağa nail oldu.
Premyer Liqanın 14-cü turuna “İnter” – AZAL qarşılaşması ilə yekun vuruldu. Ötən tur “Neftçi” və “Xəzər Lənkəran”ın xal itirməsindən yararlanıb zirvəyə şərik olmağa çalışan “İnter” bu arzusuna çatmasa da, ikinciliyə yüksəlmişdi. “Bankirlər” elə bu turda da eyni şans malik idi. Çünki “Xəzər Lənkəran” xal itirmişdi. “Neftçi” isə “Qarabağ”ı yensə də, “İnter”lə şəxsi oyunlara görə, bu rəqibindən geridə qalacaqdı. Bank klubu ən azı liderlər qrupundakı mövqeyini qorumaq üçün uduzmamağı hədəfləmişdi.
Elxan Abdullayevin istefasından sonra ardıcıl iki qələbə qazanan Rafiq Mirzəyevli AZAL da bu oyuna məğlub olmaq üçün gəlməmişdi. Hər halda bunu “təyyarəçilər”in matçda vurduğu erkən qol da isbatladı. Lakin matçın qalan dəqiqələrində “İnter” bərabərlik qoluna imza atmağı bacardı. Lakin “bankirlər”in xal itkisindən yaxa qurtarmaq cəhdləri alınmadı. Beləcə, “İnter”in zirvəyə yüksəlmək istəyi də baş tutmadı.
Premyer Liqa
14-cü tur
Bakı - Qəbələ - 2:1 (2:0)
Qollar: D.Çesnauski, 17 (1:0), U.Parks, 29 (2:0), Cehua, 88-pen (2:1).
Vərəqələr: Elvin Əliyev, 20 (rəqibə badalaq vurduğuna görə) - Viktor Mendi, 16 (rəqibə badalaq vurduğuna görə), Nuran Qurbanov, 35 (simulyasiya), Vurğun Hüseynov, 41 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə) – sarı.
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, İnqilab Məmmədov.
AFFA nümayəndələri: Oqtay Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
26 noyabr 2011. "Bakı" FK-nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı.
Bakı: 1. Marko Şarliya, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski, 8. Junior Xavier Vilson, 11. Elvin Məmmədov, 14. Elvin Əliyev, 15. Cəmşid Məhərrəmov (k), 25. Şəhriyar Əliyev, 36. Uinston Parks (85. Jaba, 85), 77. Aleksandar Soliç (4. Vadim Borets, 90+1).
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 5. Stevan Bates, 20. Fabio Luis Ramin, 21. Novruz Məmmədov, 99. Rəhman Hacıyev.
Baş məşqçi: Aleksandr Starkov.
Qəbələ: 12. Pavel Doroşev, 3. Vurğun Hüseynov, 8. Bruno da Silva, 9. Viktor Mendi (17. Arif İsayev, 80), 11. Serge Cehua, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers (6. Lyuba Baranin, 40), 25. Nuran Qurbanov (7. Yaşar Abuzərov, 60), 33. Saşa Yunisoğlu (k), 77. Dodo.
Ehtiyat oyunçular: 30. Qrem Smit, 16. Abdulkader Kamara, 22. Murad Hüseynov, 26. Daniel Lopes Kruz.
Baş məşqçi: Fatih Kavlak.
Qarabağ - Neftçi - 1:2 (0:1)
Qol: Ruslan Abışov, 9 (0:1), Ə.İsmayılov, 65 (1:1), Flavinyo, 88 (1:2)
Vərəqələr: Leonardo Roşa (hakimə etiraz, oyun bitdikdən sonra) - Flavinyo, 69 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Anar Salmanov, Elman Musayev, Rahil Ramazanov, Rəhim Həsənov.
Hakim-inspektor: : Füzuli Nəcəfov.
AFFA nümayəndələri: Şaiq Həmidov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
26 noyabr 2011. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. 2000 tamaşaçı.
Qarabağ: 99. Boyan Pavloviç, 2. Qara Qarayev (18. İlqar Qurbanov, 57), 5. Maksim Medvedev, 4. Zaur Həşimov, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 17. Vüqar Nadirov (88. Leonardo Roşa, 57), 11. Rauf Əliyev (9. Bəxtiyar Soltanov, 75), 22. Əfran İsmayılov, 24. Admir Teli, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 10. Emin İmaməliyev, 20. Nderim Nedzipi, 23. Tural İsgəndərov.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavinyo, 14. Bahodir Nasimov (22. Fərid Quliyev, 90+3), 15. Ruslan Abışov, 16. Alessandro Viana da Silva, 18. Ruslan Əmircanov, 25. Cavid İmamverdiyev (11. Cavid Hüseynov, 46).
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 4. Tərlan Quliyev, 10. Emil Mpenza, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.
İnter - AZAL - 1:1 (0:1)
Qollar: Tales Şutz, 10 (0:1), S.Zərgərov, 54 (1:1).
Vərəqələr: Nizami Hacıyev, 31 (kobud oyun), İlia Kandelaki, 66 (rəqibi tutduğuna görə) - Amil Ağacanov, 28 (hakimin qərarına etiraz), Tales Şütz, 39 (kobud oyun), Nuqzar Kvirtiya, 41 (kobud oyun), Zohair Benouahi, 58 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), Usim Nduka, 61 (kobud oyun), Robert Petrov, 71 (kobud oyun) – sarı.
Hakimlər: Rövşən Əhmədov, Elşən Acalov, Mübariz Haşımov, Rauf Cabbarov.
AFFA nümayəndələri: Maşallah Əhmədov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
26 noyabr 2011. Bakı. "Şəfa" stadionu. 1600 tamaşaçı.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev, 13. Bronislav Çervenka, 15. Vladimir Levin (k), 16. Elnur Abdulov (6. Samir Zərgərov, 37), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 22. Peter Xrappan, 25. İbrahima Niasse (10. Asif Mirili, 89), 28. Baçana Tsxadadze (9. Enyo Krastovçev, 80).
Ehtiyat oyunçular: 99. Səlahət Ağayev, 7. Ruslan Poladov, 23. Şəhriyar Rəhimov, 30. Danildo Assioli.
Baş məşqçi: Kaxaber Tsxadadze.
AZAL: 12. Cahangir Həsənzadə (k), 16. Bronislav Arsenijeviç, 3. Usim Nduka (7. Tərlan Xəlilov, 90+2), 88. Ervin Bulku, 2. Robert Petrov, 11. Zohair Benouahi (15. Georgi Boqyu, 73), 17. Viktor İbekoyi, 10. Nuqzar Kvirtiya, 20. Mansur Limani, 8. Elşən Məmmədov (19. Hüseyn Axundov, 71), 23. Tales Şütz.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 9. Vüsal Qarayev, 6. Mindauqas Daunoraviçyus, 14. Orxan Səfiyaroğlu.
Məşqçi: Rafiq Mirzəyev.
Qeyd edək ki, turun digər oyunları ilk oyun günündə baş tutmuşdu: Sumqayıt Şəhər - Rəvan - 0:1, Kəpəz – Turan - 1:1, Simurq - Xəzər Lənkəran - 2:2.
|
1
|
Neftçi
|
14
|
9
|
1
|
4
|
23-11
|
28
|
|
2
|
Xəzər Lənkəran
|
14
|
8
|
4
|
2
|
20-15
|
28
|
|
3
|
İnter
|
14
|
7
|
5
|
2
|
12-8
|
26
|
|
4
|
Bakı
|
14
|
7
|
4
|
3
|
22-12
|
25
|
|
5
|
Qarabağ
|
14
|
6
|
3
|
5
|
17-14
|
21
|
|
6
|
Rəvan
|
14
|
4
|
6
|
4
|
17-17
|
18
|
|
7
|
Qəbələ
|
14
|
5
|
3
|
6
|
14-18
|
18
|
|
8
|
AZAL
|
14
|
4
|
5
|
5
|
18-17
|
17
|
|
9
|
Simurq
|
14
|
4
|
4
|
6
|
13-15
|
16
|
|
10
|
Kəpəz
|
14
|
3
|
4
|
7
|
17-23
|
13
|
|
11
|
Turan
|
14
|
3
|
2
|
9
|
9-21
|
11
|
|
12
|
Sumqayıt Şəhər
|
14
|
2
|
3
|
9
|
7-18
|
9
|
Bombardirlər:
6 - Bahodir Nasimov (Neftçi), Uinston Parks (Bakı)
5 - Sergey Artyux (Turan), Robertas Poşkus (Simurq)
