26 noyabr 2011 11:46
Rafiq Mirzəyev: AZAL Elxan Abdullayevə görə uduzmurdu
AZAL-ın baş məşqçi əvəzi Rafiq Mirzəyev Premyer Liqanın 14-cü turunun “İnter”lə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Komandanın rəhbərliyiniz altında belə uğurlu çıxış edəcəyini gözləyirdiz?
- Situasiya oynamağı və qələbə qazanmağı tələb edirdi. Hər iki oyun çətin alındı. “Qəbələ” ilə oyun (3:0) daha məsuliyyətli idi. Çünki bu, baş məşqçi istefasından sonrakı ilk oyun idi. “Kəpəz”lə də asan oyun alınmadı. Bizə xal lazım idi. Bütövlükdə qazandığımız altı xala layiq olduğumuzu düşünürəm.
- Hər oyundan sonra siz komandanın həyəcanlanmasından danışıbsız. Halbuki, AZAL-ın oyunçularının əksəri təcrübəlilərdi...
- Söhbət psixoloji həyəcandan gedir. Axı komanda iki tur öncə son sıralarda idi. Belə olan halda biz qələbə qazanmağa borclu idik. Əgər 2-3 pillə yuxarıda olsaydıq, çətin ki, bu məqamdan danışardım.
- “Kəpəz”lə oyundan sonra bəzi çatışmazlıqları aradan qaldırdığınızı dediniz. Bilmək olar bu çatışmazlıqlar nə idi?
- Bəzi taktiki dəyişiklərimiz oldu. Həmçinin zədəli futbolçularımız da sıraya döndülər.
- Bəzi taktiki dəyişiklərimiz oldu. Həmçinin zədəli futbolçularımız da sıraya döndülər.
- Bəlkə komanda sadəcə Elxan Abdullayevin rəhbərliyi altında özü oynamaq istəmirdi?
- Bu variant istisnadı. Mən də məşqçilər korpusunda idim. Elxan Abdullayevin rəhbərliyi altında da komanda yaxşı oynayırdı. Odu ki, komanda baş məşqçiyə görə uduzmurdu.
- Bu tur sizi “İnter”lə oyun gözləyir. Bu komandaya qarşı necə oynamağa hazırlaşırsız?
- Digər oyunlarda necə oynamışdıqsa, onlara qarşı da elə. “İnter” yaxşı komandadı. Bu oyunda hər şey baş verə bilər. Hər şey komandamızın tapşırıqların öhdəsindən nə dərəcədə yaxşı gəlməsindən asılı olacaq.

- Bu iki komanda arasında həmişə prinsipial oyunlar olur. Bu dəfə qarşınıza hansı hədəf qoyulub?
- Bizə üç xal lazımdı. Çünki ilk altılığa düşmək istəyirik. Əsas məqsədimiz də bu oyundan qələbə ayrılmaqdı.
- Bizə üç xal lazımdı. Çünki ilk altılığa düşmək istəyirik. Əsas məqsədimiz də bu oyundan qələbə ayrılmaqdı.
- Sizin təyinatınızdan sonra klub rəhbərliyi bildirdi ki, yeni baş məşqçi məsələsi qışa kimi bağlıdı. Əgər komanda belə davam etsə, həmin məsələyə qayıtmaq lazım gələcəkmi?
- Mən artıq 3 ildi AZAL-da çalışıram. Mənim üçün əsas odu ki, nəticə olsun. Qalan hər şeyə rəhbərlik qərar verəcək. Amma təbii ki, komandadakı işimi davam etdirmək istərdim.
- Mən artıq 3 ildi AZAL-da çalışıram. Mənim üçün əsas odu ki, nəticə olsun. Qalan hər şeyə rəhbərlik qərar verəcək. Amma təbii ki, komandadakı işimi davam etdirmək istərdim.