26 noyabr 2011 11:58
“Azarkeşlərimizdən dəstək gözləyirik”
"Bakı" futbol klubunun braziliyalı yarımmüdafiəçisi Junior Xavyer Premyer Liqanın 14-cü turunun "Qəbələ" ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbət verir ki, o, klubun rəsmi saytına açıqlamasında qarşılaşmanın çətin keçəcəyini təxmin etdiyini bildirib:
“Qəbələ”yə qarşı bizi çox çətin oyun gözləyir. Rəqib güclüdür, biz bu oyuna ciddi hazırlaşırıq. Meydanda yalnız qələbə naminə çıxıb, 3 xal üçün mübarizə aparacayıq.
İnanıram ki , bu oyunda da komandamızın azarkeşləri meydanda bizi tək qoymayacaqlar. Son qarşılaşmalarda olduğu kimi “Qəbələ”ya qarşı oyunda da bizə maksimum dəstək verəcəklər”.
