26 noyabr 2011 12:07
Elvin Məmmədov: Bu, bizim üçün onəmli oyundu
"Bakı" futbol klubu və Azərbacan milli komandasının üzvü Elvin Məmmədov Premyer Liqanın14-cüturunun"Qəbələ" ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
"Güclü rəqibə qarşı oynayacağıq. Bizim üçün onəmli oyundu. Bu oyunda 3 xalı qazanıb, turnir cədvəlindəki yerimizi möhkəmlətmək və daha da yaxşılaşdırmaq istəyirik.
Rəqib bizimlə oyuna əlavə ruh yüksəkliyi ilə hazırlaşır. Yeni məşqçinin dəvət olunması və son turda “Neftçi”nin məğlub edilməsi rəqibə əlavə güc verir.
Hər iki komandanın meydana qələbə üçün çıxması oyunun maraqlı alınacağından xəbərverir.
