26 noyabr 2011 12:37
“Əgər mənə şans verilsə...”
“Bakı”nı gənc yarımmüdafiəçisi Şəhriyar Əliyev Premyer Liqanın 14-cü turunun "Qəbələ" ilə qarşılaşması öncəsi klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, o, bu görüşdə forma geymək istəyini dilə gətirib:
"Son oyunda 90 meydanda olduğum üçün çox şadam. Məşqçi mənə şans verdi və bacardığımı etdim. Əgər “Qəbələ” ilə oyunda da mənə şans verilərsə, meydana komandamla birgə yalnız qələbə naminə çıxıb, məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik”.
