27 noyabr 2011 15:08
Vaqif Cavadova fərqli qiymət
Rusiya mətbuatı “Volqa”nın azərbaycanlı hücumçusu Vaqif Cavadovun çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, həmyerlimizin Premyer Liqanın son turunda “Krılya Sovetov”a qarşı oyunu müxtəlif cür qiymətləndirilməyib.
Belə ki, sports.ru Cavadova 5,0 bal verib. Championat.ru saytı isə Vaqifin çıxışını daha yüksək qiymətləndirib – 6,0.
Qeyd edək ki, Cavadov bu oyunda 77 dəqiqə meydanda olub. Komandası isə 1 cavabsız qolla uduzub. “Volqa” qış fasiləsinə 32 turdan sonra topladığı 28 xalla 14-cü yerdə çıxıb.
