27 noyabr 2011 11:23

Cahangir Həsənzadə: Biz bir projektor altında da oynamağa hazırıq

AZAL-ın qapıçısı Cahangir Həsənzadə Premyer Liqanın 14-cü turunun “İnter”lə oyunundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- “İnter”lə oyundan razı qaldınız?
- Rəqib yaxşı oyun sərgilədi və göstərdi ki, mövsümün favoritlərindən biridi. Biz də öz növbəmizdə iki ardıcıl qələbənin davamını gətirmək istəyirdik. Təəssüf ki, üstünlüyümüzü sona kimi qoruya bilmədik. Bütövlükdə isə, hesabın oyuna görə olduğunu düşünürəm.
 
- İkinci hissədə üstünlüyü tam olaraq rəqibə vermişdiz...
- Burda bir sıra amillər vardı. Bütün futbolçularımız hazır deyildi. Bəzilərinin fiziki hazırlığı qaydasında deyil. Digər tərəfdən rəqibimiz bizi doğma meydanda qəbul edirdi. Təbii ki, məğlub olmaq istəmirdi və hesabı bərabərləşdirmək üçün əlindən gələni edirdi. Buna görə də qapımıza sıxışmalı olduq. Amma buna rəğmən yenə də qol vurmaq üçün şanslarımız olurdu.
 
- Qoldan dərhal sonra hamınız yan xətt hakiminin yanına qaçdınız. Nə baş vermişdi?
- Hələ qol vurulmazdan öncə mən Rövşən Əhmədova işıqlandırma ilə bağlı narazılığımı bildirdim. İkinci hissənin əvvəlində bizim tərəfdə həqiqətən çox zəif idi. Hakim mütləq bu çatışmazlığın aradan qaldırılmasını təmin etməliydi. Oyundankənar vəziyyətə gəlincə, təkrara baxmaq lazımdı.
 
- Projektorun yaxşı işləməməsi sizin oyununuza mane olurdu?
- Problem yaranırdı. Şəxsən mən qaranlıqda da oynaya bilirdim. Amma bu, o demək deyil ki, oyun o vəziyyətdə davam etdirilməliydi. Hakim isə hesab etdi ki, oyunu davam etdirmək lazımdı. Mən çox mübahisə etmək istəmirdim. Qırmızı vərəqə almaqdan qorxurdum.

- Sizcə, hakimin bu addımı nəticəyə təsir etdi?
- Əgər qaydalara görə, belə olan halda oyunu davam etdirmək lazımdısa, onda heç bir problem yoxdu. Biz bir projektor altında da oynamağa hazırıq. Amma ilk dəqiqələrdən. Gah sönüb, gah yanacaqsa, bu, düzgün deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.