28 noyabr 2011 00:03
Amit Quluzadəsiz Erciyesspor yenə uduzdu (YENİLƏNİB)
Türkiyənin Bank Asya birinci liqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi “Kayseri Erciyesspor” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası səfərdə “Göztepe” ilə qarşılaşıb. Qeyd edək ki, Kayseri təmsilçisi bu oyun öncəsi 25 xalla ikinci pillədə gedirdi. İzmiri təmsil edən “Göztepe” isə 12 xalla 13-cü sırada qərarlaşmışdı. Bir sözlə qonaqların bu oyunda asan qələbə qazanacağını düşünmək olardı. Lakin "Erciyesspor" gözlənilmədən mövsümdə ikinci yenilgisinə üzülüb.
Komandasının əsas heyət oyunçularından birinə çevrilən Amit bu dəfə hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Təəssüf ki, ötən oyunda olduğu kimi, həmyerlimiz bu dəfə də ehtiyat oyunçular skamyasında yer alıb. Lakin bu dəfə o, ümumiyyətlə meydana çıxmaq şansı qazanmayıb. Maraqlıdı ki, Amit komandasının digər yenilgisində də meydanda olmamışdı.
Türkiyə Bank Asya birinci liqası
13-cü tur
27 noyabr
Göztepe - Kayseri Erciyesspor - 2:1 (1:0)
Qollar: Türker Demirhan, 28, İlhan Şahin, 78 - Sofiane Hanni, 64.
