27 noyabr 2011 22:12
Vaqif Sadıqov ilin son oyununda qələbəyə sevindi (YENİLƏNİB)
Futbol üzrə Rusiya Premyer Liqasında 32-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqovun çalışdığı Mahaçqalanın "Anji" klubu da bu gün növbəti görüşünə çıxıb.
Mahaçqala klubu bu dəfə evdə CSKA ilə üz-üzə gəlib. Moskva təmsilçisi mövsümün əsas favoritlərindən olduğundan, Sadıqovun komandasını heç də asan oyun gözləmirdi.
Sonda onu da qeyd edək ki, bu görüş Sadıqovun komandasının 2011-ci ildəki son oyunu idi. Belə ki, bu turdan sonra qonşu ölkə çempionatında qış fasiləsi start götürəcək. Ona görə də, “Anji” də ili major notlarla bitirməyi hədəfləyirdi.
Görüşə gəlincə, Sadıqovun komandası qələbə qazanmağı bacarıb. Lahiyalov və Eto´onun vurduğu qollar həmyerlimizi qış fasiləsinə qalib kimi çıxarıb.
Rusiya Premyer Liqası
27 noyabr
Anji - CSKA - 2:1
Qollar: Lahiyalov, 46, Eto´o, 46-pen - Vaqner Lav, 48.
