27 noyabr 2011 12:55
“Yaxşı ki, yalnız bir qol buraxdıq”
“Bakı”nın qapıçısı Marko Şarliya Premyer Liqanın 14-cü turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:1 hesabıyla qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“Bu, bizim üçün çox vacib oyun idi. “Qəbələ”yə qarşı bir komanda kimi mübarizə apardıq. İlk yarıda iki gözəl qol vurduq. Yenə qol vurmaq üçün çalışsaq da, daha çox müdafiə olunmağa diqqət ayırdıq. Yaxşı ki, yalnız bir qol buraxdıq. Bütövlükdə, bu qələbəyə layiq olduğumuzu düşünürəm”. (fcBTv)