28 noyabr 2011 01:06

Böyükağa Hacıyev: Mirça Rednik nə dediyini bilməlidi

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 14-cü turunun “Qarabağ”la oyunundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Əsas rəqiblərinizdən olan “Qarabağ”la dueldən növbəti dəfə qalib ayrıldınız...
- Mən tam razı olduğumu deməzdim. Bəli, qənaətbəxşdi. “Qarabağ”la oyunun birinci hissəsində biz həqiqətən əla oynadıq. Amma ikinci hissədə “Qarabağ” sürəti artırdı. Biz üstünlüyü əldən verdik. Mən ümid edirdim ki, biz əks-hücumlarda ikinci qolu vurarıq. Amma meydan sahibləri hesabı bərabərləşdirdilər. Biz qələbə qolunu sadəcə matçın sonunda vura bildik. Bu oyunda bizim üçün ən vacib olan isə 3 xala sahib çıxmaq idi ki, buna da nail olduq.
 
- “Qarabağ” bir ay əvvəllə müqayisədə çoxmu dəyişmişdi?
- Mən deməliyəm ki, biz heç də adi komanda ilə oynamırdıq. Onlar bir ay öncə də çox güclü idilər, indi də. Bu dəfə onların heyətində Ansi Aqolli və Rəşad Sadıqov yox idi. Fikrimcə, bu amil onların oyununa təsirsiz ötüşmədi. Buna baxmayaraq, Medvedev, Sadiqov, Yusifov, İsmayılov kimi futbolçular çox yaxşı təsir bağışladılar. Rauf Əliyev isə ölkənin ən yaxşı forvardlarından biridi.
 
- Sizi heç-heç də qane edirdi?
- “Neftçi” hücum futbolu oynayır. Buna görə də heç-heçə bizi qane etmirdi. Bu, mənim rəhbərliyim altında artıq 9-cu qələbə idi. Biz həmçinin dörd dəfə məğlub olub, bir dəfə də heç-heçəyə razılaşmışıq. Bu, nədənsə xəbər verir. Mənim üçün futbolda iki nəticə var: qələbə və məğlubiyyət. Üçüncü lazım deyil.

- Siz, “Xəzər Lənkəran”ın xal itkisindən yararlanmaq haqda da düşünürdüz?
- Əlbəttə, biz lənkəranlıların “Simurq”la oyundakı xal itkisindən istifadə etmək istəyirdik. Artıq xallarımız eynidi. Bundan sonra çempionat daha maraqlı alınacaq.

- “İnter” də sizə çox yaxındı. Sizcə, bu komanda əsas rəqiblərinizdən biri ola bilərmi?
- Mən bütün rəqiblərimizə hörmətlə yanaşıram. Amma onların içində ən güclüsünün “Qarabağ” olduğunu düşünürəm. Qurban Qurbanovun komandası tamamilə fərqli futbol oynayır. Biz onları 7 xal qabaqlasaq da, bu, bizə rahat nəfəs almağa imkan verə bilməz.
 
- Sizcə, “Xəzər Lənkəran” hələ də 0:5-dən sonra özünə gələ bilməyib?
- Hesab edirəm ki, onların baş məşqçisi Mirça Rednik nə dediyini bilməlidi. O, böyük məşqçi ola bilər. Amma başa düşmək lazımdı ki, səhvlərdən heç kim sığortalanmayıb. Bir səhv buraxdınsa, onu təkrarlamamalısan. Yadımdadı, biz onlara Lənkəranda uduzandan sonra o, demişdi ki, “Neftçi”yə qarşı nənəm də oynayar. Bu söz məni tutdu. Halbuki, biz onda oyuna görə məğlubiyyətə layiq deyildik. “Xəzər Lənkəran” heç bizə qol da vura bilmədi, hər şeyi avtoqol həll etdi. Onun nənə söhbəti bizim üçün növbəti oyunlara daha yaxşı köklənməyə əsas oldu. Rednik düşünmürdü ki, özü də nə vaxtsa bizim yerimizdə ola bilər.

- Artıq ikinci dəfədi ki, Emil Mpenzanı ehtiyatda saxlayırsız. Ona şans verəcəksiz?
- O, forma yığır. Zədədən sonra ona vaxt lazımdı. Nə vaxt hazır olacaq, onda da oynayacaq.
 
- Siz qış fasiləsində komandaya lazım olmayacaq oyunçuları müəyyənləşdirmisiz?
- Hələ bu haqda düşünməmişəm. Ona görə ki, bu heyətdən razıyam. Böyük dəyişiklik lazım da deyil. Mümkündü ki, ümumiyyətlə olmasın. Çünki bu çempion heyətdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.