28 noyabr 2011 13:24

Deyvidas Çesnauski: Bu, təəccüblü görünməməlidi

“Bakı”nın yarımmüdafiəçisi Deyvidas Çesnauski Premyer Liqanın 14-cü turunun “Qəbələ” ilə oyunundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Bakı” üçün kifayət qədər çətin qələbə olmadı ki?
- Hər şey bizim üçün yaxşı qurtardı. Bu, çox vacib qələbə idi. Çünki rəqibimiz heç də asan yeniləsi və zəif komandalardan deyildi. Bu da qələbəyə sevinməyimizə daha çox əsas verir.
 
- Siz də bu oyunda fərqlənə bildiniz...
- Bəli, bu, artıq mənim Azərbaycan çempionatındakı ikinci qolumdu. Son oyunlarda mən heç də pis təsir bağışlamadığımı düşünürəm. Yaxşı oyun sərgiləməyə başlamışam. Buna görə də şadam.

- Yəqin ki, son turlarda əsas heyətdə meydana çıxmağınız da təsadüfi deyil?
- Bu, təəccüblü görünməməlidi. Çempionatın əvvəlində sadəcə komandaya uyğunlaşmamışdım. Alışmaq lazım idi. Uyğunlaşma da qısa müddətə baş tutmur. İndi artıq öz oyunumu tapmışam. Komanda yoldaşlarımla daha yaxşı anlaşmağa başlamışam. Daha yaxşısına nail olmağa çalışıram.

- “Qəbələ”ni necə dəyərləndirərdiz?
- “Qəbələ” çox güclü komandadı. Bizimlə oyunda onlar qələbəni “Bakı”dan az istəmirdilər. Amma biz daha yaxşı oynadıq. Xüsusilə də, birinci hissədə. İkinci yarıda isə daha çox müdafiə olunmağa diqqət ayırdıq.
 
- Yeri gəlmişkən, müdafiə xəttiniz bu oyunda daha inamlı idi...
- Razıyam. Komandamız bu planda yaxşı artırıb. İndi özümüzü daha inamlı hiss edirik. Komandadan razı qaldığımı deməliyəm.

- Amma yenə də “Bakı”da ikinci hissə arxayınlaşması davam edir...
- Bəli. Oyunun ikinci hissəsində bunu görmək mümkün idi. Amma mənim fikrimcə, biz hər oyunda yaxşılığa doğru irəliləyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.