28 noyabr 2011 14:46
SŞ Qarabağla kubok oyununa Dalğa Arenada hazırlaşır
XX Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində, noyabrın 30-da Quzanlı qəsəbə stadionunda “Qarabağ”la qarşılaşacaq “Sumqayıt Şəhər” “Dalğa Arena”da hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda yenə də tam heyətlə hazırlaşa bilmir.
Belə ki, Rəşad Kərimov, Samir Abdulov, Aqil Məmmədov, Samir Abasov zədəli, Ruslan Nəsirli isə xəstə olduğu üçün məşqdə iştirak edə bilməyib.
Premyer Liqanın son turunda “Rəvan”la qarşılaşmada zədəli olduğu üçün iştirak etməyən Murad Səttarlı və Ramil Həşimzadə isə artıq hazırlığa başlayıb.
Qeyd edək ki, 1/16 final mərhələsi çərçivəsində “Lokomotiv”lə oyunda qırmızı vərəqə alan Ruslan Qurbanov isə Ağdama aparılmayacaq.
