28 noyabr 2011 14:52
Yığmamızın Moskvada təlim-məşq toplanışı olacaq
Noyabrın 30-dan dekabrın 10-dək Rusiyanın paytaxtı Moskva şəhərində futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Artıq toplanışa dəvət olunmuş futzalçıların siyahısı da məlumdu. Siyahıda yer alan futbolçuları diqqətinizə çatdırırıq:
Marat Salyanski
Andrey Tveryankin
Rizvan Fərzəliyev
Felipe Ribeyro dos Santos
Vitali Borisov
Elnur Zamanov
Rəcəb Fərəczadə
Rüfat Balakişiyev
Jadder Dantas
Serjio Luis Maciel Lukas
Tyaqo Qabriel Rodriqes Paz
Vahib Xocayev
İlkin Hacıyev
Radik Əhmədov
Namiq Məmmədkərimov
