28 noyabr 2011 15:11
Vaqif Cavadov üçün qış fasiləsində 3 ölkə, 11 oyun
Vaqif Cavadovun çıxış etdiyi "Volqa" klubunun qış fasiləsində hazırlıq planı açıqlanıb. Azerisport.az xəbər verir ki, Nijni Novqorod təmsilçisi 3 ölkədə hazırlıq keçəcək.
Komanda yanvarın 4-də toplaşacaq və 3 gün ərzində təbii müayinədən keçəcək. İlk təlim-məşq toplanışı yanvarın 7-də Türkiyənin Antalya şəhərində başlayacaq və ayın 21-də bitəcək. Bu müddətdə "Volqa" 3 yoxlama oyunu keçirəcək.
Ardınca komanda 4 gün istirahət edəcək və yanvarın 25-də Cənubi Kiprin Larnaka şəhərinə yollanacaq. Adadakı toplanış fevralın 7-dək davam edəcək. "Volqa" burda 4 sınaq matçı keçirməyi planlaşdırıb.
İkinci toplanışdan sonra komandaya 5 günlük istirahət veriləcək. Hazırlığın sonuncu mərhələsi isə İspaniyada keçiriləcək. Fevralın 12-dən 26-dək davam edəcək toplanış zamanı "Volqa" 4 yoxlama oyunu keçirəcək.
