28 noyabr 2011 15:42
Azərbaycan kuboku: 1/8 finalın proqramı bəlli oldu
Futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunlarının başlama vaxtları müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Qeyd edək ki, bu mərhələdə mübarizə aparan kollektivlər cütün taleyinə elə bircə oyunla aydınlıq gətirməlidi. Bu mənada ev sahibi olacaq komandalar üçün böyük üstünlüyün olduğu şübhəsizdi.
Oyunlara gəlincə, 8 görüşün hamısı bir gündə keçiriləcək. Bunlardan dördü paytaxt Bakıda, qalanları isə əyalətdə baş tutacaq.
Azərbaycan kuboku
1/8 final
30 noyabr (çərşənbə)
Xəzər Lənkəran – Qaradağ Lökbatan
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 13:00
Kəpəz – Bakılı
Gəncə. Şəhər stadionu. Saat 13:00
Qəbələ – Neftçala
Qəbələ. Şəhər stadionu. Saat 13:00.
Qarabağ – Sumqayıt Şəhər
Quzanlı. Olimpiya İdman Kompleksinin stadionu. Saat 13:00
Bakı – Rəvan
Bakı. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu (təbii örtüklü). Saat 13:30.
AZAL – Şahdağ
Bakı. AZAL Arena. Saat 16:00
Simurq – Neftçi
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. Saat 16:00
İnter – Turan
Bakı. “Şəfa” stadionu. Saat 17:00
