28 noyabr 2011 15:38

“Türkiyədə hər “korpus” burdakı kimi qayda pozuntusu olaraq dəyərləndirilmirdi”

“Qəbələ”nin hücumçusu Serje Cehua Premyer Liqanın 14-cü turunun “Bakı” ilə oyunundan (1:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Bakı”yla oyunu necə qiymətləndirirsiz?
- Həqiqətən, çox çətin oyun alındı. Bu oyuna hər iki komanda yaxşı əhval-ruhiyyədə yanaşırdı. “Bakı” ötən tur “Turan”a 5 cavabsız qol vurmuşdu. Biz isə “Neftçi”ni yenmişdik. Amma təəssüf ki, bu dəfə uğurun davamını gətirə bilmədik və nəticədə məğlub olduq.
 
- “Qəbələ”nin iki fərqli hissə keçirməsi nə ilə bağlı idi?
- Biz qol vurmaq üçün çalışırdıq. Xüsusilə də, ikinci hissədə. Amma “Bakı” müdafiəyə çəkilmişdi. Aşkar görmək mümkün idi ki, onlar üstünlüklərini qorumaq istəyirlər. Yaxşı müdafiə olundular. Görünür, məhz bu üzdən biz sadəcə bir qol vura bildik.
 
- Azərbaycanda cəmi iki ayınız keçib. Bura gələnə kimi klublarımız haqda nəsə bilirdiz?
- Azərbaycan haqda eşitmişdim. Hələ Türkiyədə olarkən, çempionatınız barədə bəzi şeyləri bilirdim. “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran” barədə bilirdim. Xüsusilə də, cənub təmsilçisi barədə. Bu, böyük komandadı. Bütövlükdə isə, burda olduğuma görə şadam.

- Azərbaycan çempionatı necə təsir bağışlayır?
- Azərbaycan çempionatı bütün komandaların şanslarının əllinin əlliyə olduğu birincilikdi. Amma mənə hələ çox çətindi. Xüsusilə də, fiziki planda. Türkiyədə oynayanda, hər “korpus” burdakı kimi qayda pozuntusu olaraq dəyərləndirilmirdi. Ona görə də mənim belə şeylərdə diqqətli olmağım lazımdı.
 
- Hakimliyi necə qiymətləndirərdiz?
- Hakimlik ideal olmasa da, yaxşıdı. Hər şey normaldı. Əllərindən gəldiyi qədər yaxşı idarəçilik etməyə çalışırlar.
 
- “Qəbələ”yə Toni Adamsa görə gəlsəz də, o, istefa verdi...
- Əlbəttə, bu, az önəm kəsb etmirdi. Amma fikrimcə, komandanı kimin çalışdırmasının fərqi yoxdu. Əgər sən özünü yaxşı tərəfdən göstərə bilirsənsə, baş məşqçi kim olsa da, sənə şans verəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.