28 noyabr 2011 17:31
Rusiyalı futbolçu millimizdən imtina etdi
İsmayıl Ediyev Azərbaycan milli komandasının dekabrın 5-dən 8-dək Bakı şəhərində təşkil olunacaq təlim-məşq toplanışında iştirak etməyəcək. Azerisport.az xəbər verir ki, buna səbəb, İsmayıl Ediyevin zədəli olmasıdı.
Bu barədə futbolçu telefonla zəng edərək Azərbaycan milli komandasının baş administratoru İslam Abbasova məlumat verib.
Qeyd edək ki, müqavilə ilə Rusiyanın “Terek” klubuna məxsus olan İsmayıl Ediyev hazırda icarə əsasında Rusiyanın “Fakel” klubunda çıxış edir.
