28 noyabr 2011 18:04
Xəzər Lənkəran kuboka tam heyətlə hazırlaşa bilmir
"Xəzər Lənkəran" Azərbaycan Kubokunun 1/8-final mərhələsində "Qaradağ Lökbatan"la oyunun hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, komanda bu gün "Green City" itirahət mərkəzinin meydançasında məşq edib.
Saat 11.00-da başlayan məşqdə zədəli Deyan Rusiç və bir günlük icazəli olan Emeka Opara iştirak etməyib. Təbii ki, oktyabrın əvvəlində Braziliyaya yollanan və geri dönməkdən imtina edən Rikardo Qomeş də hazırlığa qatılmayıb.
