28 noyabr 2011 11:37
Sergey Yuran: Xəzər Lənkəranı məğlub da edə bilərdik
“Simurq”un baş məşqçisi Sergey Yuran Premyer Liqanın 14-cü turunun “Xəzər Lənkəran”la oyunundan sonra (2:2) azerisport.az saytının suallarını cavablandırıb.
- Yəqin ki, komandanızın “Xəzər Lənkəran”a qarşı oyunundan razı qaldınız...
- Oyundan razı qalsam da, nəticədən razı deyiləm. “Simurq”un futbolçuları göstərdilər ki, çempionatın liderinə qarşı da oynaya bilirlər. Meydanda ustalıq fərqi hiss olunmurdu. Hamı görürdü ki, üstünlük necə “Simurq”daydı. Nəticədən ona görə narazı qaldım ki, bir çox qol epizodundan yararlana bilmədik. Adi bir toxunuşla “Xəzər Lənkəran”ı məğlub da edə bilərdik. Oyununa görə komandam qələbəyə və 3 xala layiq idi.
- Amma 0:2-dən sonra komandanızın oyunda dönüş yaradacağı heç inandırıcı görünmürdü...
- Birinci hissədə də oyuna biz nəzarət edirdik. Sadəcə, bir neçə səhvə yol verdik. Rəqib də bundan yararlandı. Onlar isə iki qol vurandan sonra arxayınlaşdılar. Yəqin ki, onlar bizim ikinci hissədə müdafiə olunacağımızı gözləyirdilər. Amma fasilədə uşaqlara dedim ki, biz oyunda dönüş yarada bilərik. “Xəzər Lənkəran” xüsusi heç nə nümayiş etdirmirdi. Komandam daha güclü idi.
- Siz deyirdiz ki, “Simurq” ilk altılıq üçün oynayacaq, amma hazırda bir qədər bu hədəfdən uzaq görünürsüz...
- Mən demişdim ki, minimum vəzifə Premyer Liqada qalmaqdı. Maksimum vəzifə isə ilk altılığa düşməkdi. İndi görürəm ki, bizə kömək lazımdı. Komanda daha 2-3 futbolçuya ehtiyac duyur. Mən heyətdən narazı deyiləm. Amma bəzi boşluqları doldursaq, ilk atlılığa oynaya bilərik. Yanvarda rəhbərliklə söhbətim olacaq. Mən maaşların qaldırılmasını tələb etmirəm. Məni ümumi məqsəd maraqlandırır. Sadəcə, heyətə daha 2-3 futbolçu cəlb etmək lazımdı.
- Belə olan halda siz ilk altılığa düşəcəksiz?
- “Simurq” bundan da artığına nail ola bilər. Mən özüm də maksimalist adamam. Mən hər klubda ən yüksək hədəflər üçün çalışmışam. Bunu “Simurq”da da davam etdirmək istəyirəm. “Simurq” yanvarda dəyişə bilər.
- “Simurq” bundan da artığına nail ola bilər. Mən özüm də maksimalist adamam. Mən hər klubda ən yüksək hədəflər üçün çalışmışam. Bunu “Simurq”da da davam etdirmək istəyirəm. “Simurq” yanvarda dəyişə bilər.
- DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan və Rusiya yığmalarının yer aldığı F qrupunun təqvimi ilə bağlı fikirləriniz də maraqlıdı...
- Bu təqvimin müəyyənləşməsində həm Rusiya yığmasının baş məşqçisi Dik Advokat, həm də Azərbaycan millisinin çalışdırıcısı Berti Foqts yaxından iştirak edib. Deməli, burda hansısa problemdən söhbət gedə bilməz. Düzdü, Azərbaycan yığmasını bundan sonra kimin çalışdıracağını bilmirəm. Amma hesab edirəm ki, hər iki tərəfin azarkeşləri üçün Azərbaycan – Rusiya oyunlarının izləmək maraqlı olacaq. İki il öncə yığmamız Azərbaycanı evdə 2:0 məğlub edib, Bakıda xal itirmişdi – 1:1. Fikrimcə, onlar bu dəfəki oyunlara daha ciddi yanaşacaqlar.
- Azərbaycan yığmasının şanslarını necə qiymətləndirərdiz?
- Həm sizin, həm də bizim yığmanın qələbə şansları bərabərdi. Mənə elə gəlir ki, yığmanızın heyətində dəyişikliklər olacaq. Azərbaycan çempionatını izləyirəm. Burda perspektivli uşaqlar da var. Onlar heyəti gücləndirə bilərlər.
