28 noyabr 2011 12:12
Qarabağ kubok matçının hazırlıqlarına başladı
“Qarabağ” Azərbaycan kubokunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, noyabrın 30-da ölkə kubokunun 1/8 finalında “Sumqayıt Şəhər”lə qarşılaşacaq komanda şənbə günü Premyer Liqada “Neftçi”ylə qarşılaşdıqdan sonra elə Ağdamda qalıb.
Gündə bir məşqə çıxan komanda hazırlıqlarını Quzanlı qəsəbə stadionunda davam etdirir. Komanda “Sumqayıt Şəhər”lə oyuna tam heyətlə hazırlaşa bilmir. Rəşad Sadıqov məlum zədə səbəbindən hazırlıqdan kənar düşüb. Eyni zamanda atasının vəfat etməsiylə əlaqədar “Neftçi”ylə oyundan kənarda qalan Ansi Aqollinin bugün Bakıya qayıtması gözlənilir. Müdafiəçi Bakıya dönər-dönməz Ağdama yollanacaq.
Xatırladaq ki, kubok müdaliəsi tək matçdan ibarət olacaq və 13:00-da start götürəcək.
