28 noyabr 2011 12:30
XL ev oyununu Lənkəranda keçirəsi olmadı
Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutacaq “Xəzər Lənkəran” – “Qaradağ Lökbatan” oyununun keçiriləcəyi stadion dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə “Xəzər Lənkəran”ın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, son günlər Lənkəranda yağıntıların çoxluğu səbəbindən “Xəzər Lənkəran” Mərkəzi Stadionunun ot örtüyü bu oyuna hazır vəziyyətdə deyil. Bu səbəbdən hər iki komandanın qarşılıqlı razılığı ilə matçın Bakı şəhərində Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionuna oynanılması qərara alınıb.
Qeyd edək ki, 30 noyabr tarixində baş tutacaq qarşılaşmaya saat 13:00-da start veriləcək.
