28 noyabr 2011 12:53
Ramiz Məmmədovun altı proqnozundan heç biri düz çıxmadı
“Qəbələ”nin sabiq baş məşqçisi Ramiz Məmmədov Premyer Liqamızın 14-cü turunun oyunları ilə bağlı verdiyi proqnozların hamısında yanılıb. Azerisport.az xəbər verir ki, o, 6 görüşdən heç birinin nəticəsini öncədən düzgün proqnozlaşdıra bilməyib.
Belə ki, Məmmədov “Kəpəz” – “Turan” görüşüdə (1:1) meydan sahiblərinin qələbə qazanacağını, “Sumqayıt Şəhər” – “Rəvan” matçında (0:1) heç-heçə olacağını, “Simurq” – “Xəzər Lənkəran” oyununda (2:2) qonaqların qələbə qazanacağını, “Bakı” – “Qəbələ” (2:1) matçının heç-heçə bitəcəyini, “Qarabağ” – “Neftçi” duelində (1:2) meydan sahiblərinin qələbəsini, “İnter” – AZAL derbisində (1:1) isə qonaqların 3 xala sevinəcəyini güman edirdi. Amma göründüyü kimi, mütəxəssisin heç bir proqnozu özünü doğrultmayıb.
