29 noyabr 2011 13:05
AFFA birinci divizion klublarını da cəzalandırdı
Xəbər verdiyimiz kimi, bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan birinci divizionunun 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Şuşa” – “Bakılı” matçında “Şuşa”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Şuşa” – “Bakılı” matçında “Şuşa”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Tərəqqi” – MOİK matçında “Tərəqqi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Karvan” – “MKT-Araz” matçında “Karvan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
