29 noyabr 2011 13:18
Azərbaycan İspaniya və Polşaya rəqib oldu
Bu gün İsveçrənin Nyon şəhərində 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 2012/2013-cü il mövsümünün püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, mərasimdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.
Püşkün nəticəsinə əsasən, Azərbaycan yığması 4-cü qrupda İspaniya, Polşa və Bolqarıstan komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları 2012-ci il oktyabrın 19-dan 24-dək Bolqarıstanda keçiriləcək.
